SUMELA 1200x627



Sümela'nın Şifresi 3

SUMELA 540x764 AZ

"Sümela"nın Şifresi 3 Cünyor Təməl"

Junior Təməl, eynilə atası Təməl Sözer kimi qismətsiz və xəyalpərəst bir Trabzonludur. Fırt eləyib atasının burnundan düşüb. Talehsizlik və pulsuzluq elə bil səltənət kimi atasından Jr. Təmələ miras qalmış kimidir.
Atası Təməlin qalan 10 milyon lirə borcunu, rəddi miras şansı var ikən "Bu dünyada rahat üzü görmədi, barı o biri dünyada alacaqlılarla boğuşmasın" deyə qəbul edən Junior Təməl boyundan böyük bir işə atılar. Şəhərin ən varlı inşaatçısı Cemal Karkasın, Ərəb şəriki Cabir Əl Kurabiyye ilə birlikdə girdiyi Hamsiland Towers inşaatına qarşı çıxar. Çünki bu tikinti, Trabzon və Trabzonsporlular üçün çox əhəmiyyətli olan tarixi bir səmt sahəsinin üzərinə inşa ediləcək. Şəhərdə kimsənin səsi çıxmamasına baxmayaraq Junior Təməl, yoldaşları Şota və Oğuzubillah ilə birlikdə bu inşaatı dayandırmaq və tarixi əhəmiyyət kəsb edən bu torpaq sahəni qurtarmaq üçün plan hazırlayırlar. Əvvəlcə Cabir Əl Kurabiyyeni qaçıracaqlar və onu heç kimin tapa bilməməsi üçün Trabzonun yaylalarında bir neçə gün qonaq edəcəklər. Bu müddətdə Təməldə Cabir Əl Kurabiyyer qılığına girərək, Cemal Karkasla görüşəcək və bu tikintini bir neçə il geri plana almağı təklif edəcək. Təbii ki,  işlər Təməl və yoldaşlarının planlaşdırdığı kimi getməyəcək və hər şey bir-birinə qarışacaq.
Bu vaxt Jr. Təməlin sevdiyi qız, trilyonluq inşaat işini pozduğu inşaatçı Cemal Karkasın qızı olduğu aşikar olur. Təməl baltanı daşa vurmuş olur.
Lakin, atasından həmişə mənfiliklər üstünə götürən Jr. Təməl, ondan ürəkli olmağı və inandığı şeyin arxasında qaçmağı da öyrəndiyi üçün, həm Trabzonlular üçün çox əhəmiyyətli olan bu sahə üzərindəki tikintni dayandırar, həm də finalda sevdiyi qız olan Duruya qovuşar.

Sümela'nın Şifresi 3 Trailer

SUMELA 3 TRAILER 2 
trailer ansehen AZ