HBO 1200x627 neu



Hadi be Oğlum

HBO 540x764 neu AZ

Hadi be Oğlum

"Səni çox sevirəm ata, yaxşı ki varsan”
Bir atanın, uşağından eşitmək istəyəcəyi yeganə cümlədir bu. Ancaq bəzən, bir baxış belə anlada bilər qarşıdakına onu nə qədər sevdiyini.... Bir uşaqla dəyişən və inkişaf edən bir həyatın, bir baxış üçün dünyanı yerlə yeksan edəcək atanın, sevgini paylaşmağın hekayəsi...
Əli və atasının Kaşda özləri üçün qurduqları kiçik həyat, Leylanın gəlməsi ilə sonsuza qədər dəyişəcək. Qəfildən qarşılarına çıxan və həyatlarına girən Leyla, eyni sürətlə həyatlarından çıxacaq ancaq gedərkən arxasında bir hədiyyə buraxacaq. Efe...
Bir kişi uşağını ilk dəfə qucağına anda ata olur. Bir kişi ata olduğu gün, sevgi yeni bir məna qazanır.
Efenin gəlməsi ilə həmişə "oğul" olan Əlinin "ata" olmaq macərası başlayacaq. Əli oğlu üçün dayanmadan mübarizə edərkən inkişaf edən hadisələr, onlara tamamilə fərqli bir həyat üçün qapıları açacaq. Bu nöqtədə Əli seçimlər etmək məcburiyyətində qalacaq və oğlunun hər şeyi edə biləcəyini görəcək. Həyatda ən gözlənilməz anda gələn xoşbəxtliklərin  hər gün damlayan bir su damlasının yaratdığı şəlalələr olduğunu başa düşəcəkdir və qarşılıqsız sevgi bir ata və oğlu arasında sarsılmaz bağın ən güclü düyümü olduğunu başa düşəcəkdir.

Hadi be Oğlum Trailer

HBO 644x362 
trailer ansehen AZ